Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan vətəndaşı “Coca-Cola” prezidentini güllələdi

 

Rusiyada "Coca Cola" zavodunun direktorunu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanılıb. 

"Xeberinfo.com":  APA-nın Moskva bürosunun xəbərinə görə, Rusiya İstintaq Komitəsi noyabrın 28-də Sankt-Peterburq şəhərində qətlə yetirilən “Coca Cola” şirkətinin direktoru Dmitri Soşnevin qatillərinin tapılması haqqında məlumat yayıb.

Məlumatda bildirilib ki, Soşnevin qətlində təqsirləndirilən şəxslər - 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauri və əvvəllər məhkum olunmuş Rusiya vətəndaşı, 46 yaşlı Vyaçeslav Finogenov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, noyabrın 28-də Çxitauri və Finogenov Soşnevlə Frunzeski rayonunda yerləşən qarajların birində görüş təyin ediblər. Görüş zamanı Finogenov Soşnevə əldəqayırma odlu silahdan atəş açıb. Daha sonra Soşnevin 150 min rubl pulunu götürüb, mərhuma məxsus BMW markalı avtomobildə hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam