Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Balıq ovu adı ilə ölkəyə narkotik gətirənlər tutuldu - FOTOLAR

 

Balıq ovu adı ilə ölkəyə narkotik gətirənlər tutuldu - FOTOLAR
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
Yenixeber.org: DSX-dan verilən xəbərə görə, 2018-ci ilin 4 noyabr tarixində saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astararayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edil­ib. Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanmış və İİR sularına doğru geri üzüb. 



Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.



Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam