Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yol polislərinin qanını tökdülər

 

polis-mashini

                Bakıda yol polisləri bıçaqlanıb

       "Xeberinfo.com": Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Cəfər Xəndan küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, 2 polis inspektoru naməlum şəxslərin hücumuna məruz qalıb.

Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.

İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının “Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.

Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam