Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni biznesmenlərə silahlı hücum edildi-Rusiyada

 

Rusiyada erməni biznesmenlərə silahlı hücum edildi
Rusiyanın Yekaterinburq şəhərində ötən gecə naməlum silahlılar içərisində erməni biznesmenlərin olduğu “Audi” markalı avtomobilə silahlı hücum edərək çoxsaylı atəş açıblar.
 Yenixeber.org: "Veçernie vedomosti” xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları silahlı hücumun əvvəlcədən planlaşdırıldığını bildirib. 

Belə ki, pul vəsaitlərinin nəğdləşdirilməsi ilə məşğul olan erməni biznesmenlər avtomobildə özləri ilə böyük məbləğdə nəğd pul aparıblar. Bu barədə öncədən xəbərdar olan naməlum şəxslər pulu ələ keçirmək üçün biznesmenlərin olduğu avtomobili güllələyiblər. Lakin silahlılar hücumu sonadək aparmayıb və hadisə yerini pulu ələ keçirmədən tərk ediblər. İnsident nəticəsində ölən və yaralanan olmayıb. 

O da qeyd olunur ki, bilinməyən səbəblərdən silahlı dəstənin atəşi dayandıraraq hadisə yerindən qaçması təəccüb doğurub. Istisna edilmir ki, hücumun əsl məqsədi oğurluq yox, ermənilərə xəbərdarlıq olub. Hadisə yerinə polislə yanaşı, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələrinin şüşələri qara tonlu avtomobillərdə gəlməsi də diqqət çəkib. 

İnsidentlə bağlı Rusiya hüquq-mühafiz orqanlarında cinayət işi açılıb, istintaq aparılır.



Qeyd edək ki, Rusiyadakı erməni lobbisi və disporunun əsas maliyyə dayaqlarından biri də qeyri-qanuni gəlirlərin və çirkli pulların yuyulması, nəğdləşdirmə ilə məşğul olan erməni biznesmenlərdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam