Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Direktor müavini həbs edildi

 

hebs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

      "Xeberinfo.com": Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Mehman Məmmədov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb. Zamində olan Nurbala Süleymanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

     Qeyd edək ki, Baş Prokurorluq bir müddət əvvəl cinayət əməli ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovla cinayət əlaqəsinə girib. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə söz veriblər.

     Bu məqsədlə həmin şəxsin guya həmin Akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim etməsində, habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsindən stomatologiya fakültəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd edərək ondan 10 min manat məbləğində pulu alıblar.

      Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam