Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirdiyinə, polisin qanuni tələbini yerinə yetirmədiyinə görə sürücülər inzibati məsuliyyətə cəlb olunub
Yenixeber.org: Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub: "Onlardan Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da 12:30 radələrində “BMW- 528” markalı 90-ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb. Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranəcasına pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib. Və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 gün müddətinə həbs tətbiq edilib".
V.Əsədov qeyd edib ki, digər təqsirli Hümbətov Elçin Məcnun oğlu iyunun 9-da 00:05 radələrində “Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə payatxtın Tbilisi prospekitndə avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsiziliyi nümayişkaranə şəkildə davamlı olaraq pozamaqla inzibati xəta törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 gün müddətinə həbs tətbiq edilib.
Eləcə də təqsirli olaraq həbs edilən Hüseynov Kamal Vahid oğlu iyunun 11-də səhər saatlarında polisin qanunu tələblərinə tabe olmayıb. Polis əməkdaşları onu sakitliyə nizam-intizama dəvət etsələr də, o buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib. Toplanan matreallar əsasında vətəndaşın əməlinə hüququ qiymət verilməsi üçün 17-ci Polis Bölməsində baxılmaqla müvafiq rayon məhkəməsinə göndərilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Həbs edilən hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparıb. Yol polisinin fəaliyyətinin birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlidiyini onların diqqətinə çatdırılmaqla bildirilib ki, bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir insanın yox, bütün cəmiyyəti qayğılandırır. Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır.
Avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi – profilaktik söhətlər aparılıb. Görüşdə törədilən hər bir əmələ görə cəzalan şəxslər bu əməllərindən peşimançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu acıq etiraf etməklə sürücüləri yollarda daha həsas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.