Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əsəbdən avtomobilini və evini yandırdı

 

           İsmayıllı rayon sakini evini və avtomobilini yandırıb.

 

     "Xeberinfo.com":APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10 radələrində, rayonun Kürdmaşı kəndində qeydə alınıb.
      Kənd sakini, 1980-ci il təvəllüdlü Aqil Əlisurət oğlu Bəşirov özünə məxsus 31 BC 672 dövlət nömrə nişanlı “Moskiviç” markalı minik avtomobilinin üstünə yaşadığı evin həyətində benzin tökərək yandırıb. Yanğın nəticəsində alov yaşayış evinə keçib. Hadisə zamanı avtomobil və ümumi sahəsi 50 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı və Göyçay Yanğından Mühafizə Hissələrinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.
 
     Yanğın hadisəsini törədən ev sahibi A. Bəşirov yanğınsöndürənlərin işinə mane olaraq, yanğının söndürülməsinə mane olub.
 
A.Bəşirovun əsəbiləşdiyi üçün hadisəni törətdiyi ehtimal edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam