Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Güclü külək yol təsərrüfatına 25 min AZN ziyan vurdu -VİDEO - FOTO

Güclü külək yol təsərrüfatına 25 min AZN ziyan vurdu -

 

Ötən gündən etibarən ölkə ərazisində müşahidə olunan qeyri-sabit və küləkli hava nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib

 

Yenixeber.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Bakı şəhərinin küçə və prospektlərində,  o cümlədən respublikanın avtomobil yollarında quraşdırılmış yol nişanları və məlumatverici lövhələr küləyin təsirindən aşıb. Yol təsərrüfatına ən böyük ziyan Bakı Dairəvi-1 avtomobil yolunda, İnşaatçılar prospekti "Statistika dairəsi" və Bakı Olimpiya stadionunun yaxınlığında quraşdırılmış məlumat lövhələri aşması ilə dəyib. Ümumilikdə ilkin hesablamalara görə, burda dəymiş ziyanın məbləği 25 min AZN-ə yaxındır.

Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kmdə, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində 2 yük maşını güclü küləyin yaratdığı təhlükəli vəziyyət səbəbindən idarəetmədən çıxaraq aşıb. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə yol ayrıcında quraşdırılmış 100 paqon-metrə yaxın əyri-xətli dəmir tirləri və 2 ədəd işıq dirəyini sıradan çıxarıb. Nəticədə yol təsərrüfatına 10 minə AZN-ə yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı faktlar aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. 

Videonu izləmək üçün şəklə klikləyin:

Güclü külək yol təsərrüfatına ciddi ziyan vurdu -1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam