Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hərbi komissarın həbs cəzası 5 il azaldıldı

 

    "Xeberinfo.com": Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyovun CM-nin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. 

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib. Bu növ qanun pozuntularına görə Binəqədi rayonunun komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarov 2011-ci il aprelin 7-də həbs olunublar.

2012-ci il noyabrın 23-də Bakı Hərbi məhkəməsinin hökmü ilə Feyzi Ağabəyov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Zöhrab Muxtarova isə 4 il sınaq müddəti ilə 8 il 6 ay şərti cəza verilib.

Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti ilə F. Ağabəyov müraciət edib. İşi araşdıran məhkəmə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, qərara əsasən F.Ağabəyovun cəzası 3 il 6 ay müddətinə endirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam