Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

70 yaşlı kişi itkin düşüb-Balakəndə

 

Balakəndə 70 yaşlı kişi itkin düşüb
Yenixeber.org: Rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu ilin martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun həyat yoldaşı Fatma Gondolova "Report"a bildirib ki, M.Osmanov evdən çıxarkən sənədlərini və mobil telefonunu götürməyib: "Son vaxtlar yaddaş pozğunluğundan əziyyət çəkirdi. Onu heç vaxt nəzarətsiz qoymurduq. Ailəsinə, övladlarına və nəvələrinə bağlı insan idi. Evdən çıxanda onun üzərində heç pul da olmayıb".

M.Osmanovun əlamətləri - boyu 156 sm, gözlərinin rəngi şabalıdı, saçları qısa və ağ rənglidir. Evdən çıxarkən əynində sarımtıl rəngli şalvar, sarımtıl rəngli jaket və ayağında qara rəngli rezin ayaqqabı olub.

Məlumata görə, M.Osmanov evdən çıxaraq kəndin daxili yolu ilə deyil, daha qısa olan fındıq bağları ilə hərəkət edib. İtkin düşdüyü gün onu kənd sakinlərindən birinin avtobus dayanacağında gördüyünü bildirib.

Onu görənlərdən və ya yerini bilənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur. +994-50-716-43-46

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam