Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bayram günü qəzada öldülər- FOTO

Bayram günü qəzada öldülər

 

 

Şəkidə ölümlə nəticələnən ağır qəza oldu

 

Yenixeber.org: Hadisə Aşağı Küncüt kəndində qeydə alınıb.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini 35 yaşlı Mustafayev Allahverdi Vilya oğlunun idarə etdiyi 10-BP-018 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 4 sərnişindən ikisi, Kiçik Dəhnə kənd sakinləri, Adıgözəlov Adəm Şahruz oğlu və Həşimov Murad Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə sıxılı vəziyyətdə qalmış cəsədləri Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri çıxarıb, aidiyyatı üzrə təhvil verib. Sürücü və avtomobildə olan digər iki şəxs, 52 yaşlı Adamov Laçın Rəsul oğlu, 29 yaşlı Cəmilov Pərviz Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam