Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəranda ŞOK OLAY:ata oğlunun boğazını belə kəsdi

Lənkəranda ŞOK OLAY:

 

19 yaşlı Lənkəran sakininin boğazı kəsilib

Yenixeber.org:  Hadisə axşam saatlarında rayonun "Mikrorayon" ərazisində qeydə alınıb.Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumat verilib. Həkimlər hadisə yerinə gəldikdən sonra məlum olub ki, həmin şəxs şəhər sakini Əli İlham oğlu Yaqubzadədir. Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanında yaşayan Əli Yaqubzadəyə ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub.

 
Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib və Əli Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadənin hadisəni törədərkən sərxoş olduğu bildirilir.
 
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam