Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

128 dəfə radara düşən sürücü saxlanıldı— VİDEO

128 dəfə radara düşən sürücü saxlanıldı

 

 

128 dəfə radara düşən sürücü, Sumqayıt sakini Şahmar Mustafayev saxlanılıb

Yenixeber.org:   Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.

Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.

Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt BDYPİ-yə müraciət edib məsələni araşdıra bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam