Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Şabranda yanmış kişi meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb

 

 

Şabranda yanmış kişi meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb

 

Yenixeber.org: Rayon Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda tapılan 35-40 yaşlarındakı yanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Həmin şəxs bu gün Şabranda dəfn edilib.

Meyiti tapılan şəxsin boyu 172 sm, orta bədən quruluşlu, saçları qara, burnu-yastılaşmış enli, qulaqları ovalvari kiçik ölçülü, alnı dik və tüksüz, sifəti dairəvi formadadır. Onun çənəsi ovalvari, yuxarı çənədə 14, aşağı çənədə 6 ədəd sarı metaldan hazırlanmış dişləri var. Ayağında qısa boğazlı, dəri materialdan olan 43 ölçülü qış ayaqqabısı, 2 cüt tünd göy corab olub. Bu şəxsi tanıyanlarda Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Şabran Rayon Polis Şöbəsinə (02335) 3-23-05, yaxud 050 (070) 206 10 06 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Şabran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi eləcə də hadisənin baş vermə səbəbləri istintaq-əməliyyat yolu ilə araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam