Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bələdiyyə sədri yol qəzasında öldü

   Tovuzda ötən gecə baş verən qəzada bələdiyyə sədri dünyasını dəyişib.

"Xeberinfo.com": Bakı-Qazax avtomagistralının 440-cı kilometriliyində, Aşağı Quşçu kəndi ərazisində baş verən avtoqəzada Əlibəyli kənd sakini İlqar Gülmməmədovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Əlimərdanlı kənd sakini Abbas İbrahimovun sürücüsü olduğu "Mitsubushi" markalı avtomobil toqquşub.

Kepeztv.az-nin məlumatına görə, nəticədə "Mitsubushi"nin sürücüsü, Əlimərdanlı kənd bələdiyyəsinin sədri, 54 yaşlı Abbas İbrahimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun meyitini yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam