Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOCAR-ın baş ofisində faciə –YENİLƏNİB

SOCAR-ın baş ofisində faciə –

 

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan faciəvi şəkildə dünyasını dəyişib

 

Yenixeber.org: Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq, aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, dəhşətli hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Yuxarı mərtəbələrdən birində təmir işi ilə məşğul olan usta ehtiyatsızlıqdan liftin şaxtasına yıxılıb və hadisə yerində ölüb. 

Hadisə nəticəsində ölən şəxs Bakıda müxtəlif tikililərdə liftlərin texniki təminatı ilə məşğul olan “Verti” MMC lift şirkətinin əməkdaşı olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

14:12

Bakıda bədbəxt hadisə baş verib.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam