Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pulları "Topaz"da uduzan bank işçisinə 11 il cəza- digərləri cərimələndi

Beynəlxalq Bankın vəzifəli əməkdaşlarının məhkəməsi davam edib.

 Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın (ABB) "Qaradağ" filialının kredit şöbəsinin sabiq baş mütəxəssisi Elnur Hüseynovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hökmə əsasəm E.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.

Bildirək ki, dövlət ittihamçısı Elnur Hüseynovun 11 il, Aqilə Piriyevanın 1 il və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, E.Hüseynov bankda işlədiyi 2012-2015-ci illlər ərzində qulluq mövqeyindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək kredit götürüb.

O, həm də bankın müştərilərinin imzalarını saxtalaşdıraraq onlardan xəbərsiz adlarına kredit götürməkdə də təqdirli bilinir. İttihamda yazılır ki, o, götürdüyü pulları "Topaz"da uduzub.

E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bu iş üzrə bankın sabiq əməkdaşı Aqilə Piriyeva və Azər İsmayılov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.(musavat)

İ.Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam