Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə ağır yol qəzası:- azərbaycanlılar həlak oldu

Türkiyədə ağır yol qəzası:

 

Azərbaycanla Türkiyənin sərhədində - Naxçıvana yaxın ərazidə baş vermiş ağır yol qəzası nəticəsində iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Yenixeber.org “Hürriyet”ə istinadən xəbər verir ki, qəza Iğdır vilayətinin Naxçıvan yolunun üstündə yerləşən Dilucu buraxılış məntəqəsində qeydə alınıb. Hadisə dünən axşam saat 7 radələrində baş verib. Azərbaycan dövlət nömrə nişanlı avtomobil Naxçıvana gedərkən qəzaya uğrayıb. Hələlik həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.

Qeyd olunduğuna görə, sürücü idarəetməni itirib və maşın yoldan çıxıb. Bir neçə dəfə aşmış avtomobilin sərnişinləri nəqliyyat vasitəsindən kənara düşüblər.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölənlərin Naxçıvan sakinləri olduğu qeyd edilir.


***

Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib. 
Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev "Report"a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.
Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam