Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvanda hərbi maşın aşdı

 

   

 

                       Azərbaycanda hərbçilər yol qəzasına düşüb.

 

   "Xeberinfo.com" apa-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb. 

   Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb. Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib.

 Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir.

 İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatına düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər.

 Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam