Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qapalı məhkəmədə olanları yaya bilmərəm…” -Məşədi Natiq

2015-ci ilin sonunda – Nardaran hadisələrindən az sonra Nardaran Ağsaqqallar Şurasının dövlətə xəyanətdə suçlanıb həbs olunan sədri Natiq Kərimov günahsız olduğunu deyir (Nardaranda onu daha çox Məşədi Natiq kimi tanıyırlar).

Xeberinfo.com:  O öz məhkəməsində belə söyləyib.

Məşədi Natiq Kərimov və Azərbaycan İslam Partiyası sədrinin müavini İnqilab Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıblar. Hakimlər kollegiyasına Əhməd Quliyev sədrlik edir. Cinayət işində dövlət sirri sayılan məlumatların olması əsas gətirilərək, məhkəmə qapalı aparılır.

“Bircə onu deyə bilərəm ki…”

Fevralın 2-də keçirilən məhkəmədə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, xarici xüsusi xidmət orqanları Natiq Kərimov və İnqilab Əhədovu məxfi əməkdaşlığa cəlb ediblər. Onların tələb olunan məlumatları çatdırması casusluq kimi dəyərləndirilib.

Məhkəməyə ifadəsində Natiq Kərimov ittihamı qəbul etməyərək, günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləyib.

Həbsdə olan İnqilab Əhmədov martın 2-də keçiriləcək növbəti məhkəmədə ifadə verəcək. Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunsa da, ötən il yanvarın 19-da ev dustaqlığına buraxılıb.

“Mən qapalı məhkəmədə olanları yaya bilmərəm. Bircə onu deyə bilərəm ki, günahım yoxdur. Məhkəmədə də dedim”, – Məşədi Natiq məhkəmədən sonra jurnalistlərə açıqlamasında belə deyib.

Natiq Kərimov və İnqilab Əhədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Məhkəmədən fərqli olaraq, istintaqa ifadələrində onlar özlərini təqsirli biliblər. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam