Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Cəmi 65 min manatımız var və bundan artıq borc qaytara bilməyəcəyik" -Maşallah Əhmədovun oğlu

masalla

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
Xeberinfo.com:   Gununsesi.info-nun məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə çıxış üçün M. Əhmədova söz verilib. O, yenidən son söz deməkdən imtina edib. Qeyd edib ki, söz verdiyi kimi, zərərçəkmişə 50 min manat yox, 45 min manat pul təklif edib: “Ancaq zərərçəkmiş bu pulu qəbul etmədi. Dedim ki, əlavə 5 min manat da verəcəm. Bu pulu mən dostdan, tanışdan almışam”.

M. Əhmədov son söz demək üçün məhkəmədən yanvarın 30-dək vaxt istəyib.

M. Əhmədovun oğlu Tərlan Əhmədov yalnız 65 min manat pulları olduğunu və bundn artıq borc qaytara bilməyəcəklərini deyib.
Zərərçəkmiş Yusif Əzizov isə 128 min manat borcu tələb edib və bu məbləğ tam ödənilməyincə şikayətini geri götürməyəcəyini deyib: “Ya pulumu versin, ya da Maşallah Əhmədov cəzasını çəksin”.

Hakim sonuncu dəfə M. Əhmədova vaxt verib.
Proses yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam