Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çovdarovun vəsatəti təmin edilmədi -MƏHKƏMƏ

cov

 

Xeberinfo.com:   Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Gununsesi.info-nun  xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi şəxsin pensiya hesabının üzərinə qoyulan həbsin ləğvini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edib. Bildirib ki, müdafiə etdiyi şəxsin səhhəti pisdir. O, iclasın təxirə salınmasını istəyib.

Hakim deyib ki, Akif Çovdarovla bağlı təyin edilən ekspertizada suallardan biri də onun iclasda iştirakı ilə bağlıdır: “Sual qoyulub ki, Akif Çovdarovun iclaslarda iştirak etməsinə səhhətinin imkan verib-verməməsi müəyyən edilsin. Həmin rəy gələnə kimi vəsatət baxılmamış saxlanıb”.

İclasda çıxış edən zərərçəkmiş Mübariz Məmmədov isə hər hansı şikayət və tələbinin olmadığını, istintaq zamanı verdiyi sonuncu ifadəni təsdiq etdiyini deyib.

Proses günün ikinci yarısında davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam