Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Qorbaçovu dindirmək mümkün olmadı, qaçıb gizləndi" -Rüstəm Usubov

 

"SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov ölkə konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib".

 

Xeberinfo.com:  Bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib. 

R.Usubov bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq Bakının "Nasosnıy" keçmiş Əzizbəyov metrosu ətrafında, Sumqayıt şəhəri istiqamətində hərbçilər şəhərə daxil olub dinc əhalini qırdılar: "Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 min qoşun Bakıya yeridilib. Bunlar SSR-nin, Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Ən azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədib, onların arasında çoxlu ermənilər olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycanın DTK-nin o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı. 

Azərbaycan prokurorluğu 14 fevral 1992-ci ildə gec başlamışdı, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılıb. Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparıldı. SSR-nin Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 19 yanvarda Bakıya ezam olunmuşdular. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş isrintaqa gələndən sonra ona tam qiymət veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam