Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Deputat Quba məhkəməsində baş vermiş hadisəni araşdırır -VİDEO

Sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb.

Xeberinfo.com:   Qızcığaz açıq şəkildə bu günə kimi nə ona, nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan bioloji atasını qəbul etmədiyini bildirib. Lakin məhkəmə icraçıları 10 yaşlı uşağın bioloji atasına qaytarmaq üçün hansısa hakimin verdiyi qərarı icra edib. Uşağa zor tətbiq edilib, psixoloji təzyiqə məruz qoyulub.

Baş verənlərdən sarsılan qızcığaz hazırda həkim nəzarəti altındadır.

Deputat Vahid Əhmədov Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə əlaqə saxladığını, məsələni araşdırdığını deyib. O, həmçinin Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: "Lap tutaq ki, məhkəmə qərar qəbul edib... İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür".

Virtualaz.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam