Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərsu”-nun məsul əməkdaşı güllələndi -Ağdaşda dəhşətli qətl

tapanca-atesAğdaş rayonunda qətl hadisəsi törədilib.

Xeberinfo.com:  APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.

Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayev kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.  Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları  silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam