Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qara bazar”da 3 mütəşəkkil qrup ifşa edildi –DTX

dtx

Xeberinfo.com:   Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam