Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PROKURORUN MÜƏMMALI ÖLÜMÜ -Ailəsi polis rəisindən şübhələnir!

1355063412_meyyit_3_700x390

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin, sabiq baş nazir Surət Hüseynovun məhkəmələrində dövlət ittihamını müdafiə etmiş, Xızı rayonunun prokuroru olmuş Qaraxan Ağayev bugünlərdə dünyasını dəyişdi.

Xeberinfo.com:   58 yaşlı sabiq prokurorun ölümünün səbəbi baş nahiyəsindən aldığı xəsarətdir. Amma bu xəsarətin hansı şəraitdə yetirilməsilə bağlı müxtəlif versiyalar irəli sürüldü – avtoqəzadan tutmuş, yıxılmaya, hətta qətlə yetirilməyə qədər.

Qaraxan Ağayev dekabrın 9-da ağır xəsarətlə Sabunçudakı 3 saylı xəstəxanaya çatdırılıb. 11 gün orada komada qalandan sonra dünyasını dəyişib. İlkin məlumat belə oldu ki, keçmiş prokuror şadlıq evlərindən birindən çıxıb yolu keçmək istəyəndə onu maşın vurub. Amma sonradan bu məlumat təkzib olundu.

Baxmayaraq ki, Qaraxan Ağayev özü Qaradağ rayonu ərazisində yaşayır, amma hadisə Sabunçu rayonu ərazisində baş verdiyindən, onun ölümü ilə əlaqədar elə bu rayonun prokurorluğunda cinayət işi başlanıb – CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsilə. Amma yaxınları hesab edir ki, cinayət işi 120-ci (qəsdən adam öldürmə) maddəyə tövsif olunmalıdır. Onların fikrincə, Qaraxan Ağayev qəsdən öldürülüb. Ailənin şübhələndiyi adam da var. Bütün bunlar barədə keçmiş prokurorun oğlu İldırım Ağayev “Azadlıq”a danışıb.

Cibindən 1100 manat pulunu da götürüblər

nizami-tagiyev

Nizami Tağıyev

İldırım Ağayev atasının ölümündə şübhələndiyi əsas şəxs kimi Nizami Tağıyevin adını çəkir. Vaxtilə Qaraxan Ağayev Xızının prokuroru olanda bu Tağıyev də həmin rayonun polis rəisi olub. İldırım Ağayev şübhələnməyinə əsas verən səbəbləri də açıqlayır. Deyir ki, atası sonuncu dəfə evdən Nizami Tağıyevlə görüşmək adıyla çıxıb. Onlar görüşüblər də. Üstəlik, atasını xəstəxanaya da o çatdırıb. Amma baş verənlər haqda onlara heç bir xəbər çatdırmayıb. Hadisə günü bütün gecəni səhərə qədər ailə üzvləri onu axtarıb. Bir sutkadan sonra xəbər tutublar ki, xəstəxanadadır.
“Ekspertizanın rəyində göstərilib ki, atam baş nahiyəsindən küt alətlə yetirilən xəsarət nəticəsində dünyasını dəyişib. Əslində, hadisənin necə baş verdiyini Nizami Tağıyev yaxşı bilir. Onu Bakıxanov qəsəbəsinə Nizami Tağıyev çağırıb və bu hadisə olub. Sabunçu Rayon Prokurorluğunun müstəntiqi bizə dedi ki, onu dindiriblər. Amma saxlanılıb-saxlanılmadığını deyə bilmərəm, bu haqda məlumatım yoxdur”, – deyə İldırım Ağayev bildirib.

Onun sözlərinə görə, atası evdən çıxanda cibində ayrı-ayrılıqda 1100 və 320 manat olmaqla, ümumilikdə 1420 manat pul olub. Xəstəxanaya çatdırılanda 1100 manat üstündə olmayıb. Ehtimal edir ki, 1100 manatı onun cibindən götürüblər, o biri pul şalvarın arxa cibində olduğundan bundan xəbər tutmayıblar. Qaraxan Ağayevin telefonu da ortalıqda yoxdur, harada olduğu da bilinmir: “Nizami Tağıyev deyir ki, guya, atam əsəbiləşib, telefonu yerə çırpıb sındırıb. Mənim atam elə səbrsiz adam deyildi ki, hirsindən telefonu sındırsın”…

Prokuroru beşbarmaqla vurublar?

İldırım Ağayevin dediyinə görə, Nizami Tağıyevin onun atasına qarşı münasibəti əvvəllər də yaxşı olmayıb. O bildirir ki, 15 il əvvəl Nizami Tağıyevin Baş Prokurorluğa yazdığı anonim məktub əsasında atası işini itirib. Məktubda da göstərilib ki, Qaraxan Ağayev Xızıda cəbhəçilərə qonaqlıq verib. Buna görə də onu vəzifədən azad ediblər. O vaxtdan da Qaraxan Ağayevlə Nizami Tağıyevin münasibətləri olmayıb. Bu illər ərzində yalnız bircə dəfə Nizami Tağıyev onu toya çağırıb. Hadisədən təxminən bir ay əvvəl Nizami Tağıyev onunla əlaqə saxlayıb və son bir ayda iki dəfə görüşüblər. Üçüncü dəfəki görüş isə belə nəticələnib: “15 il sonra peyda olub atamla yenidən münasibət yaratması mənim özümə də qəribə gəldi. Bunu atamın özünə də dedim”.

İldırım Ağayevin sözlərinə görə, atasının hansı şəraitdə xəsarət alması ilə bağlı Nizami Tağıyev hər dəfə onlara bir söz deyib. Bir dəfə mərhumun qardaşına deyib ki, Sabunçu məhkəməsindən birlikdə çıxanda Qaraxan Ağayevin ayağı sürüşüb yıxılıb, başı pilləkənə dəyib. Mərhumun o biri qardaşına isə başının pilləkəny yox, pilləkənin tutacağına dəydiyini deyib. Oğluna isə bildirib ki, Qaraxan Ağayev möhkəm güləndə yıxılıb, yerdəki mismar başına batıb.
Xəstəxanada olduğu 11 gün ərzində atasının üzərində üç dəfə cərrahiyyə əməliyyatı aparıldığını deyən İldırım Ağayev bildirir ki, həkim o xəsarətin yıxılma nəticəsində əmələ gəlmədiyini əminliklə söyləyib. Deyib ki, adam ən azı üçüncü mərtəbədən yıxılmalıdır ki, başından bu cür xəsarət alsın. Amma üçüncü mərtəbədən yıxılan adam da təkcə baş nahiyəsindən xəsarət almır axı…

“Həkim dedi ki, onu ya beşbarmaq, ya da ona bənzər ağır küt alətlə başından vurublar. Dediyim kimi, ekspert də xəsarətin küt alətlə yetirilməsi haqda rəy verib.Heç hadisənin Sabunçu məhkəməsində baş verməsi haqda deyilənlər də doğru deyil. Atamın Sabunçu məhkəməsində heç bir işi, tanışı yox idi. Biz araşdıranda da məlum oldu ki, hadisə tamam başqa yerdə olub. Atamın başından qan gedəndə ətrafdakılar da görüb. Hətta polis də gəlib çıxıb. Nizami Tağıyev özünü elə aparıb ki, guya, atamı tanımır, sadəcə, yıxıldığını görüb yaxınlaşıb. Polislər təkid eləyib ki, xəstəxanaya çatdırsın. Xəstəxanada da ad-familiyasını deməyib. Hadisədən 3-4 gün keçəndən sonra mənə zəng elədi. Guya, nömrəmi atam ona veribmiş. Əvvəla, atam mənim nömrəmi niyə ona verməli idi? İkincisi, nömrəm var idisə, niyə atamı xəstəxanaya çatdıranda zəng eləyib bircə kəlmə mənə xəbər verəmirdi?”

İldırım Ağayev atasının peşə fəaliyyətilə əlaqədar qisas məqsədilə qətlə yetirildiyini tamamilə istisna edir. Deyir ki, hətta Rəhim Qazıyev, Surət Hüseynov da həbsxanadan çıxandan sonra atası ilə görüşüblər. Deyiblər ki, onun durumunu anlayışla qarşılayırlar. (Azadliq.info)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam