Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın dənizə düşən təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb

83914

Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən “Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb.

Xeberinfo.com:   TASS agentliyinə istinadən məlumata görə, axtarış əməliyyatları davam edir.
Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.

Rusiya Müdafiə Nazirliyinə aid Tu-154 təyyarəsinin qəzaya uğradığı rayona Mi-8 vertolyotu göndərilib. Soçidə Ka-32, Gelencikdə isə daha bir Mi-8 vertolyotu hazır vəziyyətə gətirilib.
Virtualaz.org xəbər verir ki, Qara dənizdə təyyarənin axtarışlarına 7 gəmi cəlb olunub. Təyyarənin yerli vaxtla saat 05.30-da havaya qalxdığı və 20 dəqiqə sonra radarlardan itdiyi bildirilir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu axtarış-xilasetmə əməliyyatlarını videokonfrans vasitəsilə silahlı qüvvələrin rəhbərliyi ilə koordinasiya edir. Təyyarənin axtarışlarına Cənub hərbi dairəsinin bütün xilasedici dəstələri cəlb olunub.

Göyərtədə cəmi 91 nəfərin, o cümlədən səkkiz ekipaj üzvünün olduğu bildirilir. Təyyarənin sərnişinləri arasında cəmi 9 jurnalist, habelə Aleksandrov adına mahnı və rəqs ansamblının musuqiçiləri də olub. Onlar Rusiyanın Suriyadakı Hmeymim aviabazasında dislokasiya olunmuş hərbçiləri Yeni il münasibətilə təbrik etmək üçün gedirmiş.

İlkin məlumata görə təyyarənin qəzaya uğramasına texniki nasazlıq və ya pilot səhvi səbəb ola bilərdi. Son məlumata görə, təyyarənin qalıqları Qara dənizdə aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam