Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Astarada dəhşətli intihar:15 yaşlı qız özünü güllələdi

tufengAstara rayonunda 15 yaşlı qız özünü güllələyib. Hadisə rayonun Şümrüd kəndində baş verib.

Xeberinfo.com:   Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü  Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub: “Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər”.

Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam