Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şirkət rəhbəri DTX rəhbərinə nələr yazdı? -"Yanan bina işi"

bina-yangin-19may2015Xeberinfo.com:   Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə cinayət işinin 10-cu cildində olan sənədlər elan ediləndən sonra Miryusif Mahmudovun vəkili çıxış edib. O bildirib ki, ekspertlərə meyitlərdən götürülmüş bio materialları təqdim olunmayıb: “Bu qan qruplarına da aiddir. Amma belə material ekspertə təqdim edilmədiyi üçün kimyəvi təhqiqatla bağlı verilən rəy düzgün deyil. Hadisə yerindən götürülən qan nümunələri da ekspertlərə təqdim edilməyib. Bunun nəzərə alınmasını xahiş edirik”.

Təqsirləndirilən Miryusif Mahmudov istintaqa verdiyi ifadəsi ilə məhkəməyə verdiyi ifadənin elan olunmasını istəyib. Hakim isə bildirib ki, hər iki ifadə eynidir: “İfadələr arasında ziddiyyətlər yoxdursa, dindirilmələrin elan olunması qanunvericiliyə görə uyğun deyil”.

Buna Miryusif Mahmudov və onun vəkili etiraz edib. Miryusif Mahmudov bildirib ki, ittiham həddindən artıq şişirdilib: “Ittihamda sexi ediblər zavod, şirkətin təsisçisi olduğum halda məni faktiki direktor kimi göstəriblər. 25 cildlik cinayət işində bir dənə də olsun sübut yoxdur ki, mənim günahım var. Bu qədər böhtan olmaz”.

Daha sonra Miryusif Mahmudovun 2016-cı ilin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət etdiyi elan olunub. O, müraciətində bildirib ki, binanın yandırılması təxribatdır.

Vəkil deyib ki, həmin sənəddə şahid Pərvin Kazımovun səs yazısı var. Vəkil həmin səs yazısının elan edilməsini istəyib. Dövlət ittihamçısı buna etiraz edib. Hakim isə deyib ki, həmin şahidin səs yazısı işdə yoxdur. Vəkilin sözlərinə görə, vacib olan sənədlər cinayət işindən çıxarılıb.

Ədalət Rəcəbovun bildirdiyinə görə, Miryusif Mahmudovu Heydər məscidinin tikintisi zamanı tanıyıb. Onun sözlərinə görə, 2013-cü ildə binada tikinti işləri başa çatanda görüşüblər: “Mənim Miryusif Mahmudovla telefon danışıqlarım olmayıb”.
Hakim işdə olan Ədalət Rəcəbovun Miryusif Mahmudova göndərdiyi SMS və telefon danışıqlarını elan edib.

Miryusif Mahmudov deyib ki, Ədalət Rəcəbovla 2014-cü ildə tanışlığı olub: “Binəqədi rayonun ərazisində oğluma ev tikirdim. Kanalizasiya ilə bağlı problem yaranıb. Buna görə də Ədalət Rəcəbovla əlaqə saxlamışam. Telefon danışıqlarında səs yazısını ortaya qoyun və sonra deyin ki, biz əlbir olmuşuq. Öz işçilərimlə belə telefonda işlə bağlı danışmamışam”.

Proses dekabrın 1-də davam edəcək. (Lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam