Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Maşın bazarında aksiya

   

 

Hazırda Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"nda bir qrup satıcı etiraz aksiyası keçirir. 

 

    "xeberinfo.com": Məlumata görə, aksiya keçirən satıcılar yer haqlarının qaldırılmasına etiraz edirlər. Onlar bazarın müdiri Rasim Salmanovla görüş tələb edirlər. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Aksiya iştirakçılarının təkidinə baxmayaraq, bazar rəhbərliyi onlarla görüşmək istəmir.

      Bazarda işləyənlərin sözlərinə görə, bazarın müdiri Rasim Salmanov gözlənilmədən yer haqlarını 150-350 manat arasında qaldırıb. Bu barədə bazarda çalışanlara heç bir səbəb göstərməyən rəhbərlikdən bildirilib ki, iyunun 1-dən yeni qayda ilə yer haqlarının  yığılmasına başlanılacaq.

    Məsələ ilə bağlı bazar rəhbərliyi ilə görüşməyə çalışdıq. Rasim Salmanovun oturduğu ofisdən bizə bildirdilər ki, müdir xaricdədir və bütün bu iddialara özü gələndən sonra cavab verəcək. “Maşın bazarı”nda baş verənlər haqqında daha ətraflı məlumat verəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam