Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanın adı 10 milyon dollarlıq korrupsiya skandalında

 

ABŞ-ın Nyu-York Tayms qəzeti 10 milyon dollarlıq korrupsiya qalmaqalında Azərbaycanın adını hallandırıb. 

Xeberinfo.com:   Məqalədə Azərbaycan hökumətinin Beynəlxalq Boks Asosiasiyası (AİBA) ilə korrupsiya əlaqəsinə malik olduğuna dair iddialar yer alıb.

Məqalənin xülasəsini təqddim edirik.

Beynəlxalq Olimpiya rəsmilərinin maliyyə problemlərini həll etməsi üçün Beynəlxalq Boks Asosiasiyasına (AİBA) təzyiqlərinin ardından, AİBA-nın prezidenti Çinq-kuo Vu 2015-ci ildə “PricewaterhouseCoopers” mühasibat firmasına göstəriş verdi ki, təşkilatda tədqiqata başlanılsın. Hesabatda o qədər qanun pozuntuları aşkara çıxdı ki, auditorlar təklif etdi ki, federasiya özünə cinayət hüquqşünası tutsun.

Federasiyanın bu işdə əli olduğu qeyri-müəyyəndir. Fakt odur ki, federasiya prezidenti hesabatı ictimaiyyətə açıqlamamaqla onun geniş yayılmasının qarşısını alıb. Hətta bu idman növünə və ona nəzarət etməli olan təşkilatın İdarə Heyətinə belə hesabat verilməyib.

Ancaq bu yaxınlarda Nyu-York Tayms hesabatı bütövlüklə əldə etməyi bacarıb. Hesabat mühasibat kəsrlərini ortaya çıxarır və ən məşhur Olimpiya idmanlarından birinin menecmenti haqqında suallar yaradır.

Araşdırmaçılar 2010-cu ildə Azərbaycanın bir özəl şirkətindən Şimali Amerikada təşkil olunan yeni boks liqasının ödənişləri üçün borc alındığına fokuslanıb. Borc heç vaxt geri ödənilməyib və araşdırmaçılar 4.5 milyon dolların necə xərcləndiyini müəyyən edə bilməyib. AİBA boks federasiyası açıqlaya bilməyib ki, bu pul hara yoxa çıxıb. İsveçrədə yerləşən boks federasiyası qanunları pozaraq, maliyyə itkilərinin hesabını verə bilməyib.

Həvəskar boks rüşvət, dopinq, saxtakarlıq, oyun alqı-satqısı hadisələrinə görə uzun müddətdir ki, korrupsiya mənbəyi olaraq görülüb. Rio Olimpiya Oyunlarından sonra 36 boks hakimi mübahisəli qərarlarına görə boksdan uzaqlaşdırılmışdı.

boks-london-qalmaqal

Auditin mənşəyi 2015-ci ilə, AİBA prezidenti Çinq-kuo Vunun AİBA heyət üzvlərinin ona qarşı qalxdığı üçün müavini Ho Kimi işdən çıxartdığı tarixə təsadüf edir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax korrupsiya ilə mübarizə aparmaq və beynəlxalq idmanın imicini təmizləmək çağırışlarına görə təzyiq altında qaldığı üçün Cənab Vuya 10 milyon dollar borcu araşdırmaq üçün göstəriş vermişdi.

Cənav Vunun şəffaflığına şübhə edən AİBA-ın icra komitəsinin üzvündən Taymsın əldə etdiyi orijinal borc razılaşmasında sənədi Vunun imzaladığı görünür. AİBA hələ də izah edə bilmir ki, boksla əlaqəsi olmayan şirkətdən niyə borc alıb.

Borc idman sektorunda biznesə malik olmayan, mərkəzi Bakıda yerləşən Benkons MMC konqlomeratından götürülüb. Pul Şimali Amerikada təşkil olunan yarı-professional Dünya Boks Seriyasına getməli idi. Cənab Vu AİBA-nın niyə bu şirkətdən borc aldığına açıqlama gətirməkdən imtina edib. Ancaq deyib ki, keçmiş müavini Cənab Kimin “görüşün və tranzaksiyanın həyata keçirilməsində geniş seçim imkanları” olub.

Benkons MMC və Azərbaycan Boks Federasiyasının təmsilçiləri məsələyə dair şərh verməkdən imtina edib.

Bəzi keçmiş AİBA işçiləri qeyd ediblər ki, borcun verilməsi Azərbaycan boksçularının medallarının artımı ilə eyni vaxta düşüb.

2010-cu ildən bəri, həmin borc veriləndən sonra son 3 dünya çempionatında Azərbaycan 4-ü qızıl olmaqla, 9 medal qazanıb. Ondan əvvəlki 3 çempionatda isə Azərbaycan cəmi 4 medal qazanıb və bunlardan heç biri qızıl olmayıb. Azərbaycan sonuncu 2 Olimpiadada 4 medal qazanıb, ondan əvvəlki 2 Olimpiadada isə 3 medal qazanıb.

Keçmiş təşkilat üzvləri borcun təsir vasitəsi qazanmaq üçün verildiyindən şübhələnirlər.

2008-ci il Pekin Oyunlarının boks görüşlərinin quraşdırma olduğunu iddia etdiyinə görə işdən atılan AİBA-nın keçmiş vitse-prezidenti Rudel Obreja bunu “çox qəribə borc” adlandırıb və təcrübəsinə istinad edərək bildirib ki, bu, ancaq rüşvət kimi başa düşülə bilər.

Nyu-York Taymsa yazdığı elektron məktubda deyib ki, “Biz, boks işi ilə məşğul olanlar bilirik ki, Azərbaycan boks medalları əldə etməkdə çox istəkli idi.”(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam