Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İş adamının evini və 300 min dollarını necə aldılar? - "MTN işi"

 

Xeberinfo.com:  “General bandası”nın hədəfə götürdüyü iş adamlarına qarşı soyğunçuluq etməsi, onları şantajla hədələməsi, müflisləşdirməsi, təzyiqlərə, işgəncələrə məruz qoyması barədə dəfələrlə yazmışıq. MTN “çete”sində baş verənlər - təhdidlər, işgəncələr, pul tələb etmə kimi faktlar detektiv filmlərdəki səhnələri xatırladır. Haqqında söhbət açacağımız məqalə daha bir sahibkarın MTN-də necə soyulması, təhdid olunması və üzləşdiyi qanunsuzluqlar barədədir.

 Rusiyadakı azərbaycanlı iş adamı

1998-ci illərdən etibarən Rusiyanın Vladivostok şəhərinə yollanan Qədim Ədilov xırda ticarətlə, ərzaq məhsullarının alqı-satqısı ilə məşğul olub, qazandığı pullarla ailəsini dolandırıb. Sonradan yaşadığı Saatlı rayonunun Kamallı kəndinə gələrək bir müddət burada yaşayıb. Amma çox keçməyib ki, yenidən qazanc dalınca Rusiyaya yollanıb. Bu dəfə Vladivostoka deyil, Sverdlovsk vilayətinin Serov şəhərinə üz tutub. Serov şəhərində taxta biznesi ilə məşğul olan Qədim Ədilovun getdikcə maddi vəziyyəti yaxşılaşıb. Belə ki, müavilə əsasında Rusiyanın müəssisələrindən aldığı taxta-şalban məhsullarını qatarla Azərbaycana göndərməklə topdansatışını təşkil edib. Çox keçməyib ki, elə həmin şəhərdə taxta emalı sexi alaraq mişarlanmış taxta məhsullarını Azərbaycana ixrac edib.

Həmyerlimizin Rusiyada işləri qaydasında getsə də, atası ondan Azərbaycana qayıtmasını istəyib. Məhz atasının təkidi ilə vətənə qayıdaraq taxta biznesini burada davam etdirib. Bəs davam etdirə bilibmi? Əsl həngamə də məhz bundan sonra qopub.

 

İcarəyə götürülən hektarla meşələr, taxta biznesi

Azərbaycana gələn iş adamı Rusiyadakı şəriki Mirhəbib Ağalarovla taxta biznesini burada davam etdirib. Aralarındakı razılığa əsasən, M.Ağalarov vaqonla taxtanı Azərbaycana göndərəcək, Q.Ədilov isə burada satışı təşkil edəcəkmiş. Hətta bunun üçün Karpinski şəhərində 23236 hektar ərazidən ibarət meşə sahəsini də icarəyə götürüblər. Beləliklə, 2013-cü ildən etibarən Mirhəbibin Rusiyadan göndərdiyi taxta-şalbanın Keşlədə satışını təşkil edib, şərikinə çatacaq pulu bank vasitəsilə ona göndərib. Bir sözlə, rahat və halal şəkildə fərdi sahibkarlıqla məşğul olublar. Ta o zamana qədər ki…

 

“Pullar qəpiyinə kimi Çovdarova çatmalıdır”

Çox keçmir ki, Q.Ədilovun taxta biznesinə girişməsi Keşlə topdansatış bazarındakı “İP Namazov” firmasının müdiri Sadiq Cəfərovun diqqətini çəkir. S.Cəfərov ona birlikdə işləməyi təklif edir. Onun bu təklifi ilə razılaşan Q.Ədilov hər ay ona 5-6 vaqon topdansatış taxta verə biləcəyini deyir. Onların ortaqlığı 2014-cü ilin dekabr ayına qədər davam edir. Ortaq biznes zamanı Q.Ədilovun Cəfərova 92 min dollar borcu yaranır. Rusiyada rubl dəyərdən düşür, maliyyə böhranı zamanı rublun dollara nəzərən zəifləməsi onun biznesinə mənfi təsir göstərir, pulunun 40 faizini itirir. Bu məsələni müzakirə edib çıxış yolu tapmaq üçün S.Cəfərov onu yeznəsi Natiq Hümbətovun (Akif Çovdarovun qohumu – virtualaz.org) yanına aparır. Söhbət əsnasında Q.Ədilova bildirilir ki, taxta biznesinə qoyulan pullar MTN generalı Akif Çovdarovundur. Həmin pullar qəpiyinə kimi qazancı ilə birlikdə Çovdarova çatmalıdır, zərərdən, ziyandan söhbət belə gedə bilməz. İş o yerə çatır ki, hətta Q.Ədilovun atası N.Hümbətovun yanına xahişə gəlir, lakin xeyri olmur. Q.Ədilov dəfələrlə N.Hümbətova pulunun olmadığını, bu işdən əsas ziyan çəkən şəxs özü olduğunu deyir.

 

“Bu məsələ Çovdarovun yanında həll edilməlidir”

Söhbətdən bir neçə gün sonra N.Hümbətov öz maşını ilə Q.Ədilovun kirayə yaşadığı evin qarşısına gələrək onunla görüşür və özü ilə MTN-ə aparır. “Bu məsələ ancaq Çovdarovun yanında həll edilməlidir və buna son qoyulmalıdır” deyir. Onu da əlavə edir ki, Çovdarovla görüşərkən 400 min dollar borcu olduğunu boynuna almalıdır. Qədim MTN-ə getməyə razılaşsa da, 400 min söhbətini yaxına buraxmır. Olmayan məbləği boynuna almaq istəmədiyini bildirir.

MTN-in binasına çatıb ikinci mərtəbəyə qalxırlar. Q.Ədilovun ifadəsinə görə, onları adını sonradan öyrəndiyi Alı adlı 45-50 yaşlarında MTN əməkdaşı qarşılayır. Elə həmin andaca Qədimi təhqir etməyə başlayır. Nə baş verdiyini əvvəlcə anlamasa da, sonradan Alının məsələdən xəbərdar olduğunu bilir. Çox keçməmiş onların yanına Səlim Məmmədov (hazırda A.Çovdarovla birlikdə mühakimə olunur – virtualaz.org) gəlir və onları sol tərəfdəki otağa aparır. Otaqda S.Məmmədov Qədimə hədə-qorxu gələrək 92 min dolları çatdırmaq üçün iki gün vaxt verir. Hətta əsəbiləşərək işçilərdən birindən dəyənək gətirməyi tələb edir.

 

“Zirzəmiyə salacağıq, üstünə cinayət işi qoyub atacağıq içəri”

Otaqda həm Alı, həm də S.Məmmədov Qədimi hədələyərək təhqir edirlər. Altı saat içəridə saxlayaraq “Səni nazirliyin zirzəmisinə salacağıq, ya da ki, hansısa cinayət işini boynuna qoyub tutacağıq” deməklə hədə-qorxu gəlirlər. MTN əməkdaşlarının yanında N.Hümbətov ona taxta işindən 400 min dolları Çovdarova verməli olacağını bildirir. Əlacı hər yerdən üzülən Q.Ədilov Səlim Məmmədovdan yanvarın 15-nə kimi vaxt istəyir.

Vaxt tamam olan gün N.Hümbətov ona zəng vurur. Q.Ədilov guya N.Hümbətova 360 min dollar borcunun olmasını təsdiq edən müqavilə bağlayır:“Əslində belə bir hal olmayıb. Bu müqaviləni Səlim Məmmədovun təsiri və hədəsi ilə notarial qaydada təsdiq etdirib vermişəm. Deyirdi ki, borc müqaviləsini general Akif Çovdarova göstərmək üçün alır, əslində ona 92 min dolları lazımdır”.

 

İş adamının evini əlindən necə alıblar?

2015-ci ilin fevral ayında Q.Ədilova Alı adlı MTN əməkdaşı zəng vuraraq nazirliyə gəlməsini tələb edir. Amma Qədim qorxusundan adı çəkilən nazirliyə getmir. Bu dəfə N.Hümbətov ona vəziyyəti ciddiləşdirdiyini, hökmən MTN-ə getməli olduğunu xatırladır. Çarəsiz qalan Q.Ədilov MTN-ə yollanır. Onu yenə də Alı, Səlim Məmmədov və Natiq Hümbətov qarşılayır. Bu dəfə ondan idarə etdiyi avtomobili N.Hümbətovun adına keçirməsini tələb edirlər. O isə bundan imtina edir və atasının adına olan Masazır qəsəbəsindəki 3 otaqlı mənzili onlara verə biləcəyini deyir, razılaşırlar. Q.Ədilov müqavilə əsasında mənzili N.Hümbətovun adına keçirir ki, ondan əl çəksinlər. Lakin iş bununla da bitmir.

 

“Ayılanda gördüm ki, üzümə su vururlar”

23 iyun 2015-ci ildə qohumu Rəvan Qəmbərovla birlikdə yaşadığı evdən çıxıb maşına əyləşmək istəyərkən iki nəfər Q.Ədilova yaxınlaşaraq MTN əməkdaşları olduqlarını deyərək, Akif Çovdarovun adından onu nazirliyə dəvət ediblər. Rəvan nəzarət buraxılış məntəqəsində qalıb, Q.Ədilovu turniketdən keçirib içəri aparıblar. Üçüncü mərtəbəyə qaldıraraq birbaş Akif Çovdarovun otağına gətiriblər. Otaqda Çovdarovla yanaşı, N.Hümbətovla S.Məmmədov olub. İçəri girən kimi Çovdarov heç bir söz demədən sorğu-sualsız Q.Ədilovu sillə və yumruqla vurmağa başlayıb, nalayiq küçə söyüşləri ilə söyərək təhqir edib. İş adamı qorxusundan cavab verməyib. Onun təhqirlərindən cana gələn iş adamı generala vəzifəsindən sui-istifadə etdiyini bildirib. Bu sözdən əsəbiləşən qanqster işçilərinə qandal və dəyənək gətirmələrini əmr edib. Çovdarov iş adamının qollarını kəndirlə kresloya bağlatdırıb və rezin dəyənəklə baş nahiyəsindən çoxsaylı zərbələr endirib: “Zərbənin təsirindən gözlərim qaralmışdı. Ani olaraq huşumu itirdim. Gözümü açanda gördüm ki, Səlim üzümə su vurur”.

“Bu silahlar hansı cinayətdə istifadə olunub?”

Çovdarov ona ayın axırına kimi 300 min dolları S.Məmmədova çatdırmağı, “Range Rover” markalı maşını isə N.Hümbətovun adına keçirməyi tələb edir. İş adamı “mənim onlara borcum yoxdur” dedikdə isə, Çovdarov stolun üstündəki iki ədəd tapançaya işarə edərək “Səlim, stolun üstündəki bu silahlar hansı cinayətin törədilməsində istifadə edilib?!” deyə bağırır. Qədimi zirzəmiyə salmağı işçilərinə əmr edir. Təzyiqlərdən, işgəncələrdən bezən Qədimin bu dəfə də razılaşmaqdan başqa çarəsi qalmır. Bundan sonra onu sərbəst buraxırlar.

 

“Sən Hippokrata and içmisən, yoxsa Çovdarovun dədəsinin goruna?”

Evə gələn Q.Ədilov başına gələnləri ailə üzvlərinə danışır. Elə həmin gün atasıgil onu rayona aparır. Gözlərinin altı qaralan Qədimin kəskin baş ağrıları, ürək bulanmaları başlayır. Onu Sabirabad rayon xəstəxanasına çatdırırlar. Xəstəxana Qədimi kəllə-beyin travması diaqnozu ilə qəbul edir. Tibbi ekspert onu yoxlayır, sorğu-sual zamanı Qədim Çovdarov tərəfindən döyüldüyünü deyir. Başıbəlalı iş adamının başını tomoqrafiya etdirmək üçün Bakıya göndərirlər. Xəstəxanada MRT olunduqdan sonra şöbə müdiri içəri girərək ona “camaata 1 milyon borcun var, aparıb qaytarmalısan” deməsi Qədimi çaşdırır. Həkimi ilk dəfə görən Qədim ona “sən Hippokrata and içmisən, yoxsa Akif Çovdarovun dəsədinin goruna?” deyə cavab verir.

“Həbs olunacağımdan qorxub 300 min dollar borc tapıb verdim”

Bundan sonra rayona qayıdan Q.Ədilov 5 gün xəstəxanada müalicə olunur. Amma baş həkim Qədimə deyir ki, MTN onu evində rahat yatmağa qoymur, təcili xəstəxanadan çıxmalıdır.

Q.Ədilovun ifadəsinə görə, o gündən etibarən müvafiq təşkilatlara şikayətlər göndərməyə başlayır. Xəstəxanaya müraciət etdiyini biləndə isə N.Hümbətov, Sadiq və digərləri guya onlara 600 min dollar borcu olduğu barədə Nərimanov RPİ-nə saxta şikayət ərizəsi ilə müraciət edirlər: “Polis idarəsinə gedib ətraflı məlumat verdim. Başa düşürdüm ki, Çovdarov məni şərləyib tutduracaq. Müxtəlif şəxslərdən borc pul toplayıb 7 sentyabr 2015-ci ildə 300 min dollar Nərimanov parkının arxasındakı “Samovar” çayxanasının yanında Səlim Məmmədova verdim”.(Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam