Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polislərə elektroşokerlə hücum - Bakıda

Bakıda polis əməkdaşlarına hücum olub.

Xeberinfo.com:  “Report”un məlumatına görə, hadisə Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, polis əməkdaşları qeyd olunan ərazidə xidmət apararkən 4 nəfər şəxsin içtimai yerdə yüksək səslə, əl-qol hərəkətləri ilə mübahisə etdiklərini görüb özlərini onlara təqdim edərək intizama dəvət ediblər. Həmin şəxslərdən biri, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Araz Məmmədov üzərindəki elektroşokeri çıxararaq polis əməkdaşlarına yönəldib.

Polis əməkdaşları onu və Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Kənan Vəliyevi, 1990-cı il təvəllüdlü Fərahim Süleymanovu və Ağcabədi rayon sakini 1990-ci il təvəllüdlü Namiq İsmayılovu polisin qanuni tələbinə riayət etməyə dəvət etdikdə A.Məmmədov bu dəfə üzərində olan bıçaqla qanun qoruyucularına hücüm edərək xəsarət yetirməyə cəhd göstərib.

Hər iki hücumun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Sonradan məlum olub ki, dörd nəfərdən A.Məmmədov və F.Süleymanov əvvəllər məhkum olunmuş şəxslərdirlər. Onların hamısı tutulub.

Faktla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam