Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xaləddin İsgəndərov şikayətçiləri polis bölməsinə apartdırıb - 7 nəfər qadın saxlanılıb

xaleddin

Xəbər verdiyimiz kimi, ötən həftə Binəqədi rayonunun Motodrom adlandırılan qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər.
Xeberinfo.com:  Oktyabrın 7-də 100-ə yaxın sakin Bakı-Sumqayıt yolunu bağlayıb. Aksiyaya səbəb onların mənzillərinə veriləcək kompensasiyanın azlığı idi.
Musvat.com-a istinadən xəbərə görə, bu gün günorta saatlarında isə qəsəbə sakinləri yenidən etirazlarını bildirmək üçün Prezident Adminstrasiyasına yola düşüb. Aksiyada 30-a yaxın qadın iştirak edib. Lakin bundan xəbərdar olan icra başçısı onlara mane olub. “Avtovağzal”da marşruta minmək istəyən qadınları Binəqədi Rayon İcra Hakimiyyətin nümayəndələri və polis əməkdaşları saxlayıblar.
qachqinlaryolu
Saxlanılanlardan Elza Məmmədovanın həyat yoldaşı Vəli Zeynalov redaksiyamıza zəng edərək bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi yeddi nəfər qadını Binəqədi Rayonu 40-cı polis bölməsinə aparıblar: “ Bu gün qəsəbədən 30-a yaxın qadın şikayətlərini Prezident Adminstrasiyasına bildirmək üçün yola düşdülər. “Avtovağzal” da icra nümayəndələri, bələdiyyə və polis əməkdaşları qadınların qarşısını kəsib, getməyə imkan verməyiblər. Qadınlardan yeddi nəfəri saxlanıldı. Bir neçəsi isə qaça bilib. Qaçanlardan 10 nəfəri Prezident Aparatına gedib və şikayətlərini çatdıra biliblər. Hazırda onlar ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbulunu gözləyirlər”.
Xatırladaq ki, “Avtovağzal” ətrafında 63 evin söküntüsü nəzərdə tutulduğundan artıq kompensasiya işlərinə də başlanılıb. Qəsəbədə plana düşən evlərin qeydiyyatı aparılır. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin Maliyyə Nazirliyinin ayırdığı kompensasiyanı mənimsədiyini iddia edirlər. Onlar mənzillərin kvadratmetrinin 1500 manatdan hesablanmasına baxmayaraq, icra hakimiyyətinin kompensasiyanı 500 manatdan verəcəyini söyləyirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam