Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycana qaçmaq istəyən generala 2 ay həbs verildi

 

    "xeberinfo.com": Xəzər dənizi üzərindən Azərbaycana qaçmağı planlaşdıran, ancaq Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan Rusiya polis generalı Denis Suqrobovun barəsində 2 aylıq həbs qərarı verilib.

  

    Məlyumata görə, Moskvanın Basmannıy Rayon Məhkəməsində D.Suqrobovun məsələsinə baxılması saatlarla davam edib.

İstintaq generalın ölkədən qaçmağa çalışdığını iddia edərək onun həbsi barədə vəsatət qaldırıb. General bu iddianı rədd edib. Vəkillərin bütün səylərinə baxmayaraq mayın 8-də axşam məhkəmə Suqrobovun 2 aylıq həbs edilməsinə qərar verib.

Xəbər verildiyi kimi, general D.Suqrobov Rusiya DİN-in İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. Hazırda o, mütəşəkkil cinayətkar qruplaşdırma formalaşdırarmaqda, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və digər əməllərdə ittiham olunur.

D.Suqrobova qarşı ittihamları FTX irəli sürüb. Rusiya mətbuatı yazır ki, əslində generalın təqib edilməsi FTX ilə DİN arasında gedən çəkişmənin nəticəsidir.

D.Suqrobov Rusiya DİN-in ən perspektivli gənc generallarından biri hesab edilirdi və korrupsiya cinayətlərinin üstünün açılmasında bir çox uğurlar əldə etmişdi.

General mayın 7-də Volqoqradda həbs olunub. FTX-nin əməliyyat məlumatlarına görə, D.Suqrobov balıq tutmaq adı altında ailəsi ilə birlikdə Volqoqrada gedib. Oradan Volqa çayı ilə Xəzərə qədər üzüb getməyə, daha sonra kater kirayələyərək Xəzər dənizi vasitəsilə Azərbaycana keçməyə hazırlaşıb.

Lakin D.Suqrobov və vəkillər bu iddiaları qəti şəkildə rədd edir. Bildirilir ki, general balıq tutmağa böyük oğlu ilə getmişdi və Moskvaya qayıdarkən yolda həbs olunub. Suqrobovu məhkəməyə üç maskalı FTX xüsusi təyinatlısı gətirib. Vəkillər generalın barəsində çıxarılmış qərardan Moskva Şəhər Məhkəməsinə şikayət verəcəklərini deyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam