Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda daha iki hərbçi həbs edildi

 

     HDQ-nin rəisləri barəsində 3 ay həbs qətimkan tədbiri seçilib

   Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) aşkarlanmış qanun pozuntuları ilə bağlı daha iki hərbçi həbs edilib.

    "xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım Əsgərov və HDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

   Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

    Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam