Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rus qızını zorladılar

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.

Xeberinfo.com:   “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.

Rusiya Federasiyasının Omsk vilayətindən olan qız orada yaşayan azərbaycanlı oğlanın xahişini yerinə yetirmək üçün Cəlilabad rayonunun Günəşli kəndinə gedib. Belə ki, həmyerlimiz həmin xanıma gül verib və xahiş edib ki, Günəşli kəndinin qəbiristanlığında olan atasının qəbrinin üstünə qoysun. Rusiyalı qadın bu xahişi yerinə yetirmək üçün Cəlilabada gedib. Alar kəndində taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.

Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı hadisəni bilib və kənddəki tanışlarına bu barədə məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Cəlilabad Rayon Prokurorluğu və Cəlilabad Rayon Polis Şöbəsindən sayta faktı təsdiqləyiblər. Lakin ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam