Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şakro Molodoy”un dəstə üzvləri saxlanıldı


 

Rusiyada “kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) dəstə üzvləri saxlanılıb.

Xeberinfo.com:   Xarici KİV-lərə istinadən xəbərə görə, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur. Məlumata görə, nazirliyin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən cinayətkar qruplaşmanın 5 üzvü ələ keçirilib. Saxlanılanlar arasında dəstənin lideri də var.

DİN-in məlumatına əsasən, kriminal dəstənin üzvləri “qanuni oğru” Kalaşovun adından fəaliyyət göstərərək sahibkardan 10 milyon rubl mənibsəyiblər. Faktla əlaqədar cinayət işi başladılıb.

Cinayətkar qruplaşmanın şəxsi mühafizə təşkilatı şəklində fəaliyyət göstərdiyi bildirilir. Bu isə onun üzvlərinə sərbəst formada silah gəzdirmək üçün imkan verib. Məhz odlu silahlar vasitəsilə qruplaşma üzvləri sahibkarlara təzyiq göstəriblər.

Nazirlikdən verilən məlumata görə, dəstənin lideri üzvləri xüsusi diqqətlə seçib. Qruplaşmanın demək olar ki, bütün üzvləri Moskva və onun ətraf ərazilərdəndirlər. Onlar idman trenajorları və döyüş zalı olan məkanla təchiz edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəlilər xüsusi amansızlıqla fəaliyyət göstəriblər. Bir sıra hallarda onlar zərərçəkmişlərə dəmir dəyənəklər vasitəsilə zərbə endiriblər. Bu dəyənəklər də axtarış zamanı ələ keçirilib.

Bundan əlavə, saxlanılan şəxslərdən döyüş silahları, həmçinin sənədlər və audio yazılar da ələ keçirilib. Bu materiallar onların qanunsuz fəaliyyətini təsdiq edir.

Hazırda Daxili İşlər Nazirliyi saxlanılanlar tərəfindən törədilən cinayət işlərinin dəqiq sayını müəyyən edir.

Xatırladaq ki, Zaxari Kalaşov cari il iyulun 13-də həbs olunub. O, sahibkardan pul mənimsəməkdə ittiham edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam