Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Patrik Hikki həbs edildi: Bilet maxinasiyasına görə


Bakı Avropa Oyunlarının təşəbbüskarı, Avropa Olimpiya Komitəsinin, eyni zamanda İrlandiya Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliyada həbs olunub.

Xeberinfo.com:  Məlumata görə, Patrik Hikki Rio Oyunlarının biletlərinin alverində əli olmaqda ittiham olunaraq həbs edilb. Onun Rio-de-Janeyranın Barra-daTjuca rayonunda həbs edildiyi xəbər verilir.

Məlumata görə Patrik Hikkinin həbsi bilet alverinə görə avqustun 5-də həbs edilmiş irlandiyalı biznesmen, Britaniyanın THG şirkətinin direktoru Kevin Mallonun ifadəsi əsasında baş verib. Mallon istintaqa verdiyi ifadədə bilet alveri sxemini açıb və cənab Hikkinin də bu sxemin tərkib hissəsi olduğuna dair sübutlar var. 71 yaşlı Patrik Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Məlumata görə Patrik Hikki Beynəlxalq Olimpiya Komitəsinin nümayəndə heyətinin qaldığı Windsor Marapendi otelində həbs olunub. Həbs olunduqdan sonra o, ifadəsi alınmaq üçün yaxınlıqdakı polis bölməsinə piyada aparılıb. Polisdəki mənbə bildirib ki, onlarhəbs üçün otelə gələndə cənab Hikki qaçmağa çalışıb. Lakin polislər 71 yaşlı Hikkini yaxalayıblar və əllərini qandallayıblar.

Hikki polisə aparılandan sonra səhhəti pisləşib, onu polis bölməsindən Rionun Barra rayonundakı Samaritano klinikasına aparıblar. İrlandiya Olimpiya Komitəsi öz saytında bildirib ki, Patrik Hikkinin həbsi barədə məlumatlıdır, lakin vəziyyət tam aydınlanana qədər şərh verməyəcək.

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam