Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha üç məmurun korrupsiya dosyesi

 

  Bakı meriyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və «Azəryolservis»ə ayrılan vəsaitlər göyə sovrulub 

 

    "xeberinfo.com": Biz bir neçə gün bundan öncə Hesablama Palatasının dövlət büdcəsinin auditi zamanı bir neçə nazirliklərdə korrupsiya faktları aşkar etməsi barədə "Bir neçə nazirlikdə korrupsiya faktı" başlıqlı yazıda geniş məlumat vermişdik.

    İndi isə yeni məlumatlar əldə etmişik. Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin icra etdiyi iki layihədə müəyyən olunan yeyinti 90 min manata yaxındır. Bu rəqəm yeyintinin büdcəyə bərpa olun hissəssidir. Hesablama Palatasının yoxlama apardığı layihələr isə «Bakı şəhərində binaların təmiri, bərpası, işıqlandırılması, şəhərin abadlaşdırılması» və «Bakı şəhərinin qəsəbə və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması»dır. 

    Məlum olub ki, Bakı meriyası tərəfindən bəzi obyektlərin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Halbuki, büdcədən ekspertizanın aparılması üçün vəsait ayrılıb. Təəssüf ki, hesabatda konkret olaraq hansı obyektlərdən bəhs edildiyi qeyd edilməyib. Yalnız o qeyd edilir ki, tender keçirilmədən podratçı şirkətlərlə birbaşa müqavilə əsasında işlər həyata keçirilib. İnvestisiya vəsaiti bölgüdə göstərilmiş sifarişçi təşkilatlar və obyektlər üzrə istifadə edilməyib. 

    Eldar Əzizovun 2 milyonluq maxinasiyası

   Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişi zamanı da külli miqdarda korrupsiya halı müəyyən edilib. İcra başçısı Eldar Əzizovun aparatının «ayağında» nə az, nə çox 2 milyon manatlıq mənimsəmə faktı olsa da, cəzasız qalıb. Dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podratçıya pul ödənilmiş, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam ödənilib və işi tam yerinə yetirməyən şirkətdə debitor borc yaranıb. 

   Dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Belə ki, audit zamanı məlum olub ki, pul ayrılsa da layihə-smeta hazırlanmadan bir necə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni Sumqayıt rəhbərliyi bir neçə obyekin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb.  Təəssüf ki, burada da hansı obyektlərdən söhbət getdiyini açıqlanmır. Bir obyektin əsaslı təmir üçün ayrılan vəsaiti başqa istiqamətə yönəldilirək «pripiska» edilməsi halı aşkarlanıb. 

     Bununla yanaşı, şəhərin Mənzil Təsərrüfatı İstismar İdarəsi (MTİİ) tərəfindən «Lift Servis» Birliyinin və Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərin adından tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar büdcə vəsaiti hesabına ödənilib. Korrupsiyanın masştabını göstərmək üçün iki fakta diqqət yetirək: Sumqayıt Şəhər İcra Hakimiyyəti zibilliklərin daşınması üçün ayrılan vəsaitin 811 min manatını mənimsəyib. Liftlərin təmiri üçü isə ayrılan investisiya xərclərindən 1 milyon manata yaxın vəsaitin korrupsiyaya uğradığı bəlli olub. 

      Nəqliyyat Nazirliyində yoxlama nələri üzə çıxarıb?

      Bəlli olduğu kimi, ölkədə ən yüksək korrupsiya ocaqlarından biri Nəqliyyat Nazirliyidir. Dövlət büdcəsinin investisiya xərclərində ən yüksək pay sahibi də məhz sözügedən nazirliyə məxsusdur. Hesablama Palatasının auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanıb. Belə ki, nazirliyin «Azəryolservis» ASC-yə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar İstismar İdarələrinə ayrılan vəsaitin auditi aparılıb. 

      Qeyd edək ki, sözügedən körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulub. Yoxlamalar zamanı həmin vəsaitin ASC-nin nizamnamə kapitalına daxil edilmədiyi və görüləcək işlərin siyahısının tutulmadan podratçı şirkətlərə pul ayrıldığı məlum olub. Bununla dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşib. 

«Azəryolservis»in Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobli yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsait mənimsənilib. 

     Nəqliyyat Nazirliyinin tabeliyindən olan «Azərbaycan Dəmir Yolları» QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomativlərin təmiri, dəmiryolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Məlum olub ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb, layihənin dəyəri şişirdilib. 

İcra hakimiyyətlərində külli miqdarda korrupsiya… 

Beyləqan Rayon İcra Hakimiyyətinin üç məktəb tikintisində də korrupsiya halları aşkarlanıb. Müəyyən olunub ki, məktəblərin tikintisində iştirak edən podratçı şirkətlərə ödənilən avans layihədə nəzərə tutulmayıb. Smeta dəyəri hesablanmadan tender keçiriləcək sifarişçi təşktilat müəyyən edilib. Dəyən zərərin məbləği tam açıqlanmasa da, Hesabalam Palatası tərəfindən icra hakimiyyətinə ciddi xəbərdarlıq edilib. Yalnız o göstərilir ki, baş verən qanun pozuntusunun 11,2 min manatı büdcəyə bərpa edilib. İcra hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdirinə xəbərdarlıq edilib. 

Biləsuvar rayon İcra Hakimiyyəti isə Biləsuvar-Əsgərabad-Aşağı Cürəli-Amankənd-Ağalıkənd-Ovçubərə avtomobil yolunun, habelə obyektlərin təmir-tikintisinə ayrılan vəsaitin istifadəsində qanunsuzluqlara yol verib. Audit zamanı avtomobil yolunun smeta dəyərinin şişirdildiyi, əsaslandırılma aparılmadan podratçıya artıq vəsaitin ödənildiyi aşkar olunub. Həmçinin, Nazirlər Kabinetinin sərəncamının tələblərinə riayət edilməyərək limitdən artıq vəsait sərfinə yol verilib. 

Büdcənin ehtiyat fondundan bir sıra obyektlərin təmiri üçün ayrılan 7,6 milyon manat isə uçota alınmayıb.  

Gədəbəy Rayon İcra Hakimiyyəti isə büdcənin investisiya xərclərindən ayrılan pulu mənimsəməyə çalışıb. Burada diqqət çəkən ən maraqlı fakt hal bir məktəbin tikintisi üçün podratçı şirkətlə tenderdən kənar müqavilə bağlanması, daha sonra satınalmalar üzrə müsabiqə elan edilməsi və 18 gün sonra isə həmin şirkətin guya keçirilmiş tenderin qalibi elan olunmasıdır. Əsas qanun pozuntuları isə Gədəbəy-Novosaratovka-Qaravəli avtomobil yolunun tikintisində qeydə alınıb. Təkcə 65 işıq dirəyinin yenilənməsindən 223 min manatın yeyildiyi aşkar olunub. Bundan əlavə icra hakimiyyəti tərəfindən 54 min manatlıq vergi yayınması müəyyən olunub.  

Xızı Rayon İcra Hakimiyyəti isə investisiya xərcləri çərçivəsində məktəb və uşaq bağcalarının tikintisi zamanı büdcənin 840 min manatını yayındırmağa çalışıb. İcra başçıları Prezdentin Ehtiyat Fondundan (PEF) da ayrılan sərmayələri qeyri-səmərəli istifadə edib.

Beləliklə, Hesablama Palatası Lerik rayon İcra Hakimiyyətində yoxlama aparıb. PEF-dən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun və kənd orta məktəblərinin tikintisi üçün icra hakimiyyətinə ayrılan vəsaitlərin təftişi zamanı 130 min manatlıq mənimsəmə halı aşkarlanıb. Hesabatda bildirilir ki, 6 məktəbin tikinti işləri başa çatsa da, bir sıra işlər yerinə yetirilməyib. Lakin yerinə yetirilməyən işlər üçün iki podratçı təşkilata artıq vəsait ödənilib.

Qazax Rayon İcra Hakimiyyətinə məktəb tikintisi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və PEF-dən ayrılan vəsaitin təftişi zamanı da ciddi nöqsanlar aşkarlanıb. Burada da əsas qanun pozuntuları tender qaydalarında, layihə-smetanın hazırlanmasında, smeta dəyərinin şişirdilməsində qeydə alınıb. 

PEF-dən və büdcənin investisiya xərclərindən  uşaq bağçaları və məktəblərinin tikintisi üçün Ağçabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişində böyük həcmdə yeyinti faktı üzə çıxıb. Auditin nəticələrinə görə, bu istiqamətdə icra hakimiyyəti tərəfindən büdcəyə 42,2 min manatlıq zərər dəydiyi müəyyənləşib. 

Əlbəttə ki, Hesablama Palatasının təqdim etdiyi hesabatda büdcəyə dəyən ziyanın bərpa olunan hissəsi göstərilir. Reallıqda korrupsiyanın həcmi daha yüksəkdir. Cinayət işindən yayınmaq üçün Milli Məclisə təqdim olunan audit hesabatında dövlət qurumlarının büdcəyə bərpa etdikləri vəsaitin həcmini göstərirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam