Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gülənçilərə görə məsuliyyəti Rövnəq Abdullayev daşıyır

PETKIM-də baş verənlərlə bağlı SOCAR və ölkə rəhbərliyinə dəfələrlə məlumat verilsə də, tədbir görülməyib

Xeberinfo.com:  SOCAR-la bağlı ortaya çıxan məlumatlar beynəlxalq skandala belə səbəb ola bilər. Məlum oldu ki, özəlləşdirmə çərçivəsində, 2008-ci ildə Azərbaycan şirkəti olan SOCAR-ın satın aldığı PETKIM 2011-ci ildən etibarən, iddiaya görə, Gülənin kontroluna girməyə başladı. 2011-ci idən etibarən istər türk, istərsə də azərbaycanlı işçiləri özəlliklə Gülən camaatının içərisində aktiv rol oynayan şəxslərdən seçdiyi irəli sürülən PETKIM-in zamanla hərəkatın ən önəmli finans qaynaqlarından biri halına gəldiyi aşkar edlib. Hərəkat tərəfindən xüsusilə yaradılmış şirkətlərin PETKIM-ə köməkçi şirkət olaraq alındığı iddia edildi.

17-25 dekabr 2013 hadisələri sonrasında PETKIM-də baş verənləri diqqətlə izləyən xüsusi kəşfiyyat qurumları PETKIM-in və Türkiyə “SOCAR Enerji”nin alt şirkəti olan “Star Rafinerisi”ni Gülən camaatının təşkilatlandırdığı və maliyyələşdirdiyi sübut olunub. PETKIM-ə qarşı Karşıyakada həyata keçirilən əməliyyatda nəzarətə altına alınan şübhəlilərin prokurorluqda hərəkatın şirkət içərisindəki təşkilatlanması istiqamətində verdikləri ifadələr prosesə sürət qazandırıb. Şübhəlilərin ifadələrində 2011-ci ildən etibarən qəbul edilən işçi və ya mühəndislərin çoxunun Gülən hərəkatından verilən siyahılar üzrə enerji sektoruna sızdırıldığı bildirilir.

Amma bütün bu faktlara şirkət rəhbərliyi münasibət bildirmir. Bəs, baş verənlər şirkətin nüfuzuna necə təsir göstərə bilər? Ümumiyyətlə, Gülənçilərin şirkətin daxilinə bu qədər keçməsinə görə məsuliyyəti kim daşıyır?

Maraqlıdır ki, dünən Ankarada Beynəlxalq Investorlarla Yüksək Səviyyəli Iqtisadi Dialoq toplantısında iştirak edənÿ SOCAR prezidenti Rövnəq Abdullayev ÿTürkiyə prezidenti Ərdoğan və enerji naziri Berat Albayrakla görüşüb.

SOCAR xəbər verir ki, nazirlə görüşdə Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.ÿ15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o sıradan “Petkim”də dövlət orqanlarının apardığı bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.ÿ

Ekspertlərin fikrincə, SOCAR-la bağlı baş verən hadisə Türkiyə-Azərbaycan müttəfiqliyinə hələ ki, ziyan gətirməyib. Amma əlaqələrdə müəyyən soyuqluq müşahidə olunarsa, bunun səbəblərini məhz SOCAR-da baş verənlərdə axtarmaq lazımdır. Hələlik isə əlaqələrdə elə bir ciddi problem müşahidə olunmur. Amma Ankaranın müəyyən istəkləri var. SOCAR-ın Türkiyədəki rəhbərliyinin bu şəkildə həbs olunması əslində Azərbaycan şirkəti üçün çox ciddi imic zərbəsidir. PETKIM rəhbərliyi həbslərin onların fəaliyyətinə təsir etməyəcəyini deyir. Amma bu olduqca sadə və gülünc yanaşmadır. Ekspertlərə görə, əvvəlcə o izah edilməlidir ki, necə olur ki, PETKIM kimi şirkət Gülənçilərin nəzarətinə keçib.

Baş verənlərdə məsuliyyət məsələsinə gəlincə isə ekspertlərə görə tam məsuliyyət SOCAR rəhbərliyinin üzərinə düşür. Çünki Gülənçilərin PETKIM-dəki fəaliyyətləri ilə bağlı vaxtaşırı şirkətə və Azərbaycan hakimiyyətinə məlumat verilmişdi. Amma ötən müddət ərzində bu məlumatlarla bağlı heç bir real addım atılmamışdı. Bu hadisələr digər tərəfdən şirkətin nüfuzuna da neqativ təsir edəcək. Çünki SOCAR-ın hazırkı vəziyyətdə adının Gülənçilərlə birgə hallanması ona dvident gətirmir.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam