Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının oğlu ilə birgə həbs olunmuş şəxsin cəzası azaldıldı

856

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli ilə birlikdə həbs olunmuş Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb.

 

Xeberinfo.com:  APA-nın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə. Süleymanov barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv olunub və ona verilmiş 6 illik cəza 4 il 6 aya endirilib.
Xatırladaq ki, 2014-cü il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam