Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

YOL POLİSİ ÖZBAŞINALIĞI DAVAM EDİR - VİDEO

 

polissayrr

Son vaxtlar yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı tədbirlər sərtləşdirilib. Lakin maraqlısı odur ki, Dövlət Yol Polisi əməkdaşlarının özlərinin qayda pozuntusu halları da artıb.

Xeberinfo.com:   AzNews.az xəbər verir ki, belə bir hadisə dünən də qeydə alınıb. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-431 dövlət nömrə nişanlı avtomobil parketmə qaydalarını kobud şəkildə pozub. 8 iyun 2016-cı il tarixdə, 12:15 radələrində şəhərin mərkəzi küçələrindən biriylə – Əziz Əliyevlə hərəkət edən polis əməkdaşı avtomobili düz yolun ortasında saxlayıb. O, yolun kənarlarında yer olmasına rəğmən avtomobili yolun hərəkət hissəsində saxlayıb və sayrışan işıqları yandıraraq maşını tərk edib. Maraqlısı isə odur ki, polis əməkdaşı sayrışan işığı yandıraraq hansısa xidməti işlə məşğul olmayıb. Sadəcə olaraq yaxınlıqdakı mağazaya girib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov polis əməkdaşının avtomobili qanunsuz park etmək üçün sayrışan işıqlardan istifadə etməsiylə bağlı məsələni AzNews.az-a şərh edib. O, polisin xidməti yararlılıq məsələsinin sual altında olduğunu deyib:“Əgər polis sayrışan işıqları yandırıb dükana girirsə, demək ki, xidmət başında deyil. O zaman zəhmət çəkib, yol hərəkəti qaydalarına riayət etməli, avtomobili qırağa çəkməlidir.Qayda pozuntusu zamanı sayrışan işıqları yandırması isə artıq qanunda nəzərdə tutulan səlahiyyətlərindən sui-istifadədir. Patrul avtomobilində miqalka, səs ona görə qoyulmayıb ki, polis əməkdaşları istədiyi vaxt, öz məişət məqsədləri üçün istifadə etsin. Yalnız xidmət zamanı istifadə edə bilərlər. Qaydalar çərçivəsində hərəkət etməyin xidmətin mənafeyinə ziyan vura biləcəyi təqdirdə polisə qaydaları pozmağa icazə verilir.

Polis əməkdaşı da qaydanı lazımsız vaxtda pozursa, o zaman inzibati məsuliyyətə cəlb edilə bilər. Həm də həmin polisin xidməti yararlılıq məsələsinə baxılmalıdır ki, o, xidmətdə qala bilər ya yox”.

Sözügedən hadisə anbaan lentə alınıb. Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozmasıyla bağlı foto yayılmışdı. Fotoda V.Əsədovun 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park etməsi əks olunurdu. Polis polkovniki məsələylə bağlı açıqlama verərək əvvəlcə kiçik xəta törətdiyini və buna görə cərimələndiyini bildirmişdi. Lakin sonradan V.Əsədov açıqlama verərək hadisə zamanı iş başında olduğunu və heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdi.

Həmin fotonu təqdim edirik:
13330931_1067660593308959_8151093368407706950_n


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam