Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Cavid Hüseynov həbs olundu - 4 il

Cavid Hüseynova hökm oxundu- 4 il

 

 

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xeberinfo.com:   Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, Cavid Hüseynova hökm oxunub. Məhkəmənin qərarı ilə, o  4 il azdlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror futbolçuya 4 il iş istəmişdi.
Qeyd edək ki, Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. C.Hüseynov ötən il, avqustun 12-də həbs edilmişdi.
Rasim Əliyevi öldürməkdə təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevə isə aprel ayının 1-də hökm oxunub. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən E.İsmayılov 13 il, C.Məmmədov 11 il, A.Əliyev 12,5 il, K.Mədətov 9 il və S.Mustafayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam