Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“Məhkəməyə çıxdığım gün özümü asacam” - MTN generalından sensasion iddia

“Məhkəməyə çıxdığım gün özümü asacam”

Eldar Mahmudovun “vurulmasından” sonra onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı cinayətkar dəstənin üzvlərinin istintaqı davam edir 

Xeberinfo.com:   Gununsesi.info-un əldə etdiyi məlumata görə, həbs olunan MTN rəhbərliyi arasında olan şəxslərdən biri indiyədək istintaqa ifadə verməkdən imtina edib.

Bu, Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevdir. Saytı bilgiləndirən mənbənin sözlərinə görə, istintaqa ifadə verməkdən boyun qaçıran Elçin Quliyev hətta prokurorluğu da şantaj edib. Belə ki, məhkəməyə çıxmayacağını bildirən general özünü öldürəcəyini bəyan edir: “Mən məhkəməyə çıxdığım gün özümü asacam. Məni azad etməlidirlər”. Elçin Quliyev bu tələbi irəli sürməklə azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, bir neçə ay əvvəl Bakı İstintaq Təcridxanasında Elçin Quliyevin müavini İlqar Əliyev özünü asıb. Həmin dövrdə E.Əliyev vəzifədən azad edilsə də, həbs olunmamışdı. İ.Əliyevin müəmmalı ölümündən sonra E.Quliyev həbsə alındı.

Qeyd edək ki, E.Quliyev E.Mahmudov vəzifədən çıxarılandan bir müddət sonra tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Həbsdəki müavinin qəfil ölümündən sonra onun özünü istintaqa çağırıb həbs etdilər. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “MTN işi” üzrə başlanmış cinayət işi üzrə əsas fiqurantlardan biridir. Ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunub. Ötən il dekabrın 25-də barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan bu müddət bir daha 4 aylıq uzadılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam