Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HAKİMİN OĞLUNU ÖLDÜRƏN HƏBS EDİLDİ

 

346
Məhkəmə hakiminin oğlunu avtomobillə vurub öldürən şəxsin qanında narkotik maddə tapılıb

Xeberinfo.com:  Xəbər verdiyimiz kimi, Mayın 11-də Bakı şəhər sakini Rəhim Kərimovun idarə etdiyi 90-AA-669 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə törətdiyi qəza nəticəsində Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Rüfət Allahverdiyev dünyasını dəyişib.

Bakı şəhər Baş Polis İdarəsi və prokurorluq hadisə ilə bağlı birgə məlumat yayıb.“AzPolitika.info”ya göndərilən məlumatda bildirilir.
100edf31-e815-4b4b-b767-b31550e0250b_292“Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Kərimov Rəhim Yüzasif oğlu 11 may 2016-cı il tarixdə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi “Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus “Mercedes-Benz S350” markalı, 90 AA 669 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olarkən Bül-Bül prospektinə daxil olan zaman “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud surətdə pozaraq baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirmiş, əvvəl küçənin kənarında quraşdırılmış yol nişanını vurmuş, sonra isə səki üzərinə qalxaraq avtomobilin qabaq hissəsilə piyada – 1996-cı il təvəllüdlü, ADA Universitetinin tələbəsi Allahverdiyev Rüfət Elbəy oğlunu vurub səkinin kənarındakı binanın daş divarına sıxaraq çoxsaylı bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır.
R.Allahverdiyev “Sol bud və baldır sümüklərinin açıq sınığı, sol budda damar zədələnməsi, sağ baldırın açıq yarası, əzələ cırılması, hemorragik şok, massiv trasfüziya sonrası DİC” diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş və ertəsi gün orada vəfat etmişdir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, iş üzrə məhkəmə-tibbi, kompleks məhkəmə tibbi-bioloji və kimyəvi, məhkəmə-kimyəvi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, hadisənin şahidlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, ərazidə olan təhlükəsizlik kameralarının görüntüləri götürülmüş və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində R.Kərimovdan götürülmüş tədqiqat nümunələrinin tərkibində “amfetamin”, “metamfetamin” və çətənə bitkisindən alınan “kannabinoid” adlı maddələr aşkar edilmişdir.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Kərimov mayın 14-də tutularaq istintaqa cəlb edilmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

c002089e-f2f8-41f1-8850-08f36be90a40Qeyd edək ki, R.Allahverdiyevin bibisi oğlu Pərviz Babazadə Ölkə.az-a açıqlamasında qəzanın necə baş verməsini danışıb və sürücü Rəhim Kərimov barəsində məlumat verib: “Mediada mərhum Rüfət Allahverdiyevin atası Elbəy Allahverdiyevin Tərtər Hərbi Məhkəməsinin hakimi olduğu göstərilsə də, Rəhim Kərimovun kim olduğu barədə heç nə yazılmayıb. Onun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub. Hazırki iş yerini bilmirəm.
Amma Rəhim Kərimovun idarə etdiyi maşın “Real” MMC qeydiyyatındadır. Maşın yüksək sürətlə hərəkət edib, əyləc izləri isə yoxdur. İşıq dirəyini aşırıb, yol nişanını sıradan çıxarıb, uşağı vurub və binaya çırpılıb. Camaat da binanın silkələnməsinə görə bayıra çıxıb. Uşağı yaşadığı binaya sıxıb, maşından düşüb və qaçıb. Yəni maşını arxaya da çəkməyib. Rüfəti maşınla divarın arasından camaat çıxardıb”.

Xatırladaq ki, Rüfət Allahverdiyev 1 sutka komada qaldıqdan sonra, mayın 12-də axşam saatlarında yerləşdirildiyi xəstəxanada vəfat edibAllah rəhmət eləsin!


AzPolitika.info

Hakimin oğlunu vuran hansı məmurun oğludur?

 

Hakimin oğlunu vuran hansı məmurun oğludur?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam