Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qanunsuz ov edən 3 ərəb saxlanıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində növbəti reyd keçiriblər.

Xeberinfo.com:  Nazirlikdən verilən məlumata görə, Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedən saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimələnib.

Xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycana buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam