Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaxda əməliyyat: 58 nəfər saxlanıldı

polis silahQax rayonunda qanunsuz dini dərnəklərin qarşısını almaq üçün əməliyyat keçirilib.

Xeberinfo.com:  Əməliyyat Qax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyatın keçirilməsi ilə əlaqədar Qax Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib.

Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq, qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin həmin dini təriqətlə məşğul olması müəyyən edilib. Onlardan 44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakinidir.

Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb. (Teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam