Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Şərurlu İsfəndiyar”ın qardaşı məhkəmədə ifadə verib

32

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Xeberinfo.com:  “Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş adamı İsfəndiyar Axundovun qardaşı, “SAFARI-N” MMC-nin direktoru İmran Axundov ifadə verib.
O, ifadəsində bina tikintisi ilə bağlı təqsirləndirilən Q.Rəhimovla aralarında müqavilə bağladıqlarını bildirib: “Düzdür, bina tikintisi ilə əlaqədar Qoşun Rəhimovla müqavilə bağladıq. Lakin sonradan iş aparılmadığına görə müqaviləni ləğv etdik”.
Məhkəmənin növbəti prosesi aprelin 4-nə təyin edilib.
Xatırladaq ki, ötən məhkəmə proseslərində Q.Rəhimov ifadəsində deyib ki, binanın tikintisində işləyən fəhlələrin pulunu özü ödəsə də, vergi işləri və bank əməliyyatları ilə
“SAFARI-N” MMC məşğul olub.
Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.
O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilməyib. Ondan heç yerə getməməklə haqda iltizam alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam